Bank Of Baku

Azərbaycandan Rusiyada təhsil almaq istəyənlərin sayı azalıb

Azərbaycandan Rusiyada təhsil almaq istəyənlərin sayı azalıb
# 11 may 2010 12:17 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, TQDK üçün də Rusiyada oxumağa marağın azalmasının səbəbləri maraqlıdır: “Əvvəllər abituriyentlər həm Rusiya, həm də Azərbaycanın ali məktəblərinə qəbul imtahanlarında iştirak edirdilər və onlar harada oxumaq istədiklərini özləri seçirdilər. Yəni abituriyentlər eyni vaxtda iki şansı əldə etmək - ya Rusiya, ya da Azərbaycanın ali məktəblərinə qəbul olmaq istəyirdi. Amma indi belə qayda var ki, onlar Rusiya universitetlərinə qəbul olunurlarsa, lakin orada oxumaqdan imtina edirlərsə, onda Azərbaycanın da ali məktəblərinə daxil olmaq şanslarını itirirlər. Yaxud Rusiya universitetlərindən təqdim olunan yerlərə elə də çox maraq yoxdur. Bəlkə də bizdə həmin ali məktəblərə sənəd verənlərin az olması bununla əlaqədardır”.

M. Abbaszadə deyib ki, Rusiyanın ali məktəblərinə marağın az olmasının səbəblərini dəqiqləşdirmək üçün TQDK sosioloji sorğu keçirməyib: “Biz yalnız faktı qeyd edirik ki, abituriyentlər Rusiyanın ali məktəblərinə kifayət qədər maraq göstərmir”.

Xatırladaq ki, Rusiya Federasiyası ali təhsil müəssisələrində Azərbaycan vətəndaşları üçün sənəd qəbulu mayın 3-də başlanıb və bu gün başa çatır. Bu universitetlərə test imtahanı mayın 15-də keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR