Bank Of Baku

Səhiyyə Nazirliyi 10 aptekin fəaliyyətini dayandırıb

Səhiyyə Nazirliyi 10 aptekin fəaliyyətini dayandırıb
# 11 may 2010 15:05 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin Dərmanların keyfiyyətinə nəzarət şöbəsi bu ilin üç ayı ərzində 304 aptekə baxış keçirib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, baxış zamanı 133 aptekin xüsusi razılıq (lisenziya) əsasında, 161 aptekin Əczaçılıq və Tibb Sənayesi Birliyinin tabeliyində, 10 aptekin isə qeyri-qanuni fəaliyyət göstərdiyi aşkarlanıb. Aşkar olunan qeyri-qanuni apteklərin fəaliyyəti dayandırılıb.

Xüsusi razılıq (lisenziya) olmadan əczaçılıq fəaliyyəti ilə məşğul olmaq faktı ilə əlaqədar könüllü şəkildə fəaliyyətlərini dayandırmayan 7 aptekə İnzibati Xətalar Məcəlləsinin 64.1. maddəsi ilə protokollar tərtib edilib. Keçirilən reydlər nəticəsində yararlılıq sertifikatı olmayan 509 seriya, istifadə müddəti bitmiş 125 qutu dərman preparatı aşkarlanaraq müsadirə olunub. Keçən ilin müvafiq dövrü ilə müqayisədə qanunsuz apteklərin və sertifikatsız dərmanların sayı 5 dəfəyə qədər azalıb.

Səhiyyə nazirinin 153 nömrəli əmri ilə təsdiq edilmiş “Optika mağazasına olan Tələblər”in yerlərdə yerinə yetirilməsinə nəzarət tədbirləri də həyata keçirilib. Aparılan reydlər zamanı 155 aptek təşkilatında fəaliyyət göstərən optika şöbəsinin və ayrıca olaraq 54 optika mağazasının fəaliyyətinə baxış keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR