Bank Of Baku

Güclü yağışlar Göygöl rayonuda yol təsərüffatına ciddi ziyan vurub

Güclü yağışlar Göygöl rayonuda yol təsərüffatına ciddi ziyan vurub
# 12 may 2010 08:36 (UTC +04:00)
Göygöl. Ayxan Hüseynov - APA. Mayın 10-da axşam saatlarında başlayaraq yağan güclü yağışlar Göygöl rayonunda bir sıra fəsadlar törədib. Göygöl rayon Fövqəladə Hallar Komissiyasının sədri Turani Əliyevin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, yağışlar nəticəsində Göygöl rayonunda yol təsərüffatına ciddi ziyan dəyib: “Leysan yağışları ilə əlaqədar baş vermiş sel nəticəsində meşədə olan çoxlu ağac kötüyü, daşlar su ilə axaraq yollara tökülüb. Bunun nəticəsi olaraq Gəncə-Toğana-Kəlbəcər magistral yolunun təxminən 20-ci kilometrliyində iki su keçidi bərbad hala düşüb. Güclü yağan yağışlar nəticəsində magistral yolun təxminən 21-ci kilometrliyində torpaq sürüşməsi baş verib və nəticədə torpaq ağaclarla birlikdə yolu basıb. Rayon Fövqəladə Hallar Komissiyasının bütün əməkdaşları hadisə yerindədir və çoxlu sayda texnika vasitəsi ilə yola yıxılmış ağaclar kəsilərək çıxarılıb. Magistral yolda nəqliyyatın hərəkəti bərpa edilib.”

Göygöl rayonunun Aşıqlı kəndi ərazisində Gəncə-Toğana-Kəlbəcər magistral avtomobil yolunun 17-ci kilometrliyində torpaq sürüşməsinə meylli sahələrdə sürüşmə prosesi fəallaşıb. Nəticədə qeyd olunan yolun asfalt örtüyündə çökmə və 10-15 metr uzunluğunda, 20-25 santimetr enində yeni çatlar əmələ gəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR