Bank Of Baku

Hidrometeoroloqlar Azərbaycan ərazisində yağışların davam edəcəyini proqnozlaşdırırlar

Hidrometeoroloqlar Azərbaycan ərazisində yağışların davam edəcəyini proqnozlaşdırırlar
# 12 may 2010 09:00 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan APA-ya verilən məlumata görə, cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gündüz 19-22 dərəcə, axşam 14-16 dərəcə isti olacaq.

Mayın 13-də havanın buludlu olacağı, gecə və axşam bəzi yerlərdə yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi əsəcək. Gecə 12-14, gündüz 18-22 dərəcə isti olacaq.

Mayın 14-də gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı, gündüz havanın arabir açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 12-15 dərəcə, gündüz 18-21 dərəcə isti olacaq.

Mayın 15-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 11-14 dərəcə, gündüz 18-21 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 13-də əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Bəzi rayonlarda yağıntının lokal leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 21-26 dərəcə, dağlarda gecə 3-8 dərəcə, gündüz 14-17 dərəcə isti olacaq.

Mayın 14-15-də əsasən gecə və axşam saatlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağıntının leysan xarakterli olacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 11-16 dərəcə, gündüz 20-25 dərəcə, dağlarda gecə 2-7 dərəcə, gündüz 11-15 dərəcə isti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR