Bank Of Baku

Sumqayıtda istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət məqsədilə komissiya yaradılıb

Sumqayıtda istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət məqsədilə komissiya yaradılıb
# 12 may 2010 09:04 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıt şəhərində istehlak mallarının qiymətinə və keyfiyyətinə nəzarət məqsədilə şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev tərəfindən imzalanmış sərəncamla ictimai komissiya yaradılıb.

Bu barədə “APA-Economics”ə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyev məlumat verib.

Onun sözlərinə görə, sərəncama müvafiq olaraq şəhərin ticarət obyektlərində, ərzaq və qida məhsullarının istehsalı ilə məşğul olan sahələrdə mütəmadi reydlərin keçirilməsi, maarifləndirmə işlərinin aparılması nəzərdə tutulub. Bu məqsədlə ötən həftə ərzində iki dəfə reyd təşkil olunub. Şəhərdə fəaliyyət göstərən müxtəlif çörəkbişirmə və qənd istehsalı sexlərinə baxış zamanı aşkar edilmiş nöqsanların tezliklə aradan qaldırılması ilə bağlı obyektlərin sahiblərinə tapşırıqlar verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR