Bank Of Baku

“Son zəng”in təhlükəsizliyi ilə bağlı məktəb direktorlarına göstəriş veriləcək

“Son zəng”in təhlükəsizliyi ilə bağlı məktəb direktorlarına göstəriş veriləcək
# 12 may 2010 09:27 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı şəhəri üzrə Təhsil İdarəsi “son zəng”in təhlükəsizliyi ilə bağlı məktəb direktorlarına göstəriş verəcək. Bu barədə APA-ya idarənin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Zəminə Əliqızı məlumat verib. O bildirib ki, “son zəng” ötən illərdə olduğu kimi, mayın 31-də məktəb ərazilərində qeyd ediləcək: “Məktəb rəhbərləri “son zəng”in yüksək keyfiyyətlə və təhlükəsiz keçirilməsinə məsuliyyət daşıyırlar. Bununla bağlı bütün məktəblərə müvafiq tapşırıqlar veriləcək”.

Z. Əliqızı əlavə edib ki, məktəbdən kənar tədbirlərə görə idarə heç bir məsuliyyət daşımır.

Qeyd edək ki, bu il Bakının 326 orta ümumtəhsil məktəbini 23 minə yaxın məktəbli bitirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR