Bank Of Baku

Səhiyyə Nazirliyi daşqın olan bölgələrdə 23 səyyar briqada, 5 həkim məntəqəsi yaradıb

Səhiyyə Nazirliyi daşqın olan bölgələrdə 23 səyyar briqada, 5 həkim məntəqəsi yaradıb
# 12 may 2010 09:44 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, vəziyyətlə əlaqədar Sabirabadda yaradılmış çadır şəhərciyində 1 həkim məntəqəsi, 3 səyyar briqada təşkil olunub. Sabirabadın Boranlı kəndində yaradılmış digər şəhərcikdə 1 həkim məntəqəsi yaradılıb və tibbi personal, dərman və lazımı ləvazimatlarla tam təmin olunub.
Şirvan şəhərində yaradılmış 1 çadır şəhərciyində 2 həkim məntəqəsi, 2 səyyar briqada fəaliyyət göstərir. Hacıqabulda 1 səyyar briqada yaradılıb. Zərdab rayonundakı çadır şəhərciyində 1 həkim məntəqəsi, 4 səyyar briqada fəaliyyət göstərir. Saatlıda 3, Salyanda 4, İmişlidə 1, Kürdəmirdə 5 səyyar briqada fəaliyyət göstərir.

Xatırladaq ki, ötən həftə SN-də yaranmış vəziyyətlə əlaqədar müşavirə keçirilib və səhiyyə naziri Oqtay Şirəliyevin tapşırığı ilə təxirəsalınmaz Tədbirlər Planı hazırlanıb. Plana əsasən, tibb mütəxəssisləri bütün təbii fəlakətlə üzləşən zonalara cəlb olunub, təcili və təxirəsalınmaz yardım maşınlarının və həkimlərin növbətçiliyi gücləndirilib. Bu işə eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzinin mütəxəssisləri də cəlb olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR