Bank Of Baku

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Lənkəranda yay məktəbi təşkil edəcək

Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Lənkəranda yay məktəbi təşkil edəcək
# 12 may 2010 10:06 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Azərbaycan Gənclər Təşkilatları Milli Şurası Gənclər və İdman Nazirliyi və UNİCEF-lə birgə “Sağlam düşün, sağlam yaşa, sağlam ol” adlı layihə çərçivəsində 28 may - 3 iyun tarixində Lənkərandakı “Palıdlı sahil” istirahət mərkəzində 6 günlük təlim kursu təşkil edəcək. Təşkilatdan APA-ya daxil olan məlumata görə, yay məktəbinin iştirakçıları arasında 13-15 yaşlı Lənkəran, Astara, Yardımlı, Lerik, Masallı, Cəlilabad, Biləsuvar, Salyan, Neftçala, Saatlı sakinləri ilə yanaşı, paytaxt gəncləri də olacaq. İştirakçıların bütün nəqliyyat, mehmanxana və qidalanma xərcləri təşkilatçılar tərəfindən ödənəcək.

Yay məktəbini uğurla bitirən iştirakçılar diplomla təltif olunacaqlar. Təlimdə iştirak etmək istəyən gənclər mayın 20-dən gec olmayaraq Milli Şuraya ərizə ilə müraciət etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR