Bank Of Baku

“Azərbaycan ailəsi-2010” qısametrajlı filmlər festivalının bağlanış mərasimi keçirilib - FOTO

“Azərbaycan ailəsi-2010” qısametrajlı filmlər festivalının bağlanış mərasimi keçirilib - <font color=red>FOTO</font>
# 12 may 2010 12:58 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Azərbaycan ailəsi-2010” qısametrajlı filmlər festivalının bağlanış mərasimi keçirilib. APA-nın məlumatına görə, festival Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK), Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (BMTƏF) ilə birlikdə “XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə” və BMTƏF-nin Norveç hökuməti ilə birgə həyata keçirdiyi “Azərbaycanda gender əsaslı zorakılıqla mübarizə” layihələrinin dəstəyi ilə keçirilib. Mərasimdə çıxış edən AQUPDK sədri Hicran Hüseynova bildirib ki, festivalın əsas məqsədi cəmiyyətdə ailə dəyərlərini daha da möhkəmləndirmək, gənclər arasında maarifçilik aparmaq məqsədi ilə videofondun yaradılması, gənc rejissorlara öz potensiallarını göstərməyə şərait yaratmaqdır. Festivala 30-dan çox iş təqdim olunub. Onlardan “Ən yaxşı film”, “Ən yaxşı xarici film”, “Ən yaxşı televiziya proqramı”, “Ən yaxşı sosial mövzulu video çarx” nominasiyaları üzrə işlər qalib elan olunub. Artıq festivalın beynəlxalq əhəmiyyət kəsb etdiyini deyən H. Hüseynova bildirib ki, bu il festivala təqdim olunan filmlər arasında bir neçə xarici film də var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR