Bank Of Baku

“Mənim doğma vətənim” foto müsabiqəsinin yekunlarına həsr olunmuş foto-sərgi keçiriləcək

“Mənim doğma vətənim” foto müsabiqəsinin yekunlarına həsr olunmuş foto-sərgi keçiriləcək
# 12 may 2010 15:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. “Avropa: Ümumi irs” və "Avropa mədəni irs günləri" kampaniyası çərçivəsində aprel-may aylarında “Mənim doğma Vətənim” mövzusunda keçirilmiş fotomüsabiqənin yekunlarına həsr olunmuş foto-sərgi təşkil olunacaq. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sərginin keçirilməsində əsas məqsəd foto sahəsində istedadlı gənclərin üzə çıxarılması, bu sahəyə gənclərin marağının, eyni zamanda istedadlı gənclərə dövlət qayğısının artırılmasıdır.

Sərgidə 400 foto nümayiş olunacaq. Sərgidə qalib seçilmiş fotoşəkillər İspaniyanın Barselona şəhərində dərc olunaraq bütün Avropa ölkələrinə yayılacaq. Qaliblər Gənclər və İdman Nazirliyi və Avropa Şurası tərəfindən diplomlarla təltif olunacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR