Bank Of Baku

Türkiyə Alman Xəstəxanasının sahibi: “Azərbaycanda çox böyük səhiyyə kompleksi tikməyi planlaşdırırıq” – MÜSAHİBƏ

Türkiyə Alman Xəstəxanasının sahibi: “Azərbaycanda çox böyük səhiyyə kompleksi tikməyi planlaşdırırıq” – <font color=red>MÜSAHİBƏ </font>
# 13 may 2010 07:21 (UTC +04:00)
İstanbul. Mayis Əlizadə - APA. Dünyada 40-a yaxın xəstəxanası olan Türkiyədəki Alman Xəstəxanası və “Vatan” xəstəxanalar qrupunun sahibi Azmi Ofluoğlunun APA-nın Türkiyə bürosuna müsahibəsi

- Tibb sahəsinə qoyduğunuz yatırımlarla dünya miqyasında tanınan bir insan kimi Azərbaycanda da yeni layihə həyata keçirməyə başlayacaqsınız. Bu barədə nə deyə bilərsiniz?

- Biz qardaşıq və Azərbaycanla Türkiyə arasında fərq qoymuruq. Mən Azərbaycanda dəfələrlə olmuşam. Rəhmətlik Heydər Əliyevin vaxtında da qardaş ölkəyə getmişdim. Bakıda xəstəxana tikməyimizi bizə Heydər Əliyev tövsiyə etmişdi. O işi həyata keçirmək bu günlərə qismət oldu. İndi Azərbaycandakı işimizə bir nümayəndəlik ofisi ilə başlayırıq. Ancaq gələcəkdə orada çox böyük səhiyyə kompleksi tikməyi planlaşdırırıq. Elə edəcəyik ki, azərbaycanlı qardaşlarımız səhiyyə sahəsində heç nəyə ehtiyac hiss etməsinlər və başqa ölkələrə üz tutmasınlar. Xəstəxanamızı hər cür avadanlıqla təchiz edəcəyik. Ancaq əvvəlcə dünyadakı alman xəstəxanaları zəncirimizin Bakıda bir nümayəndəliyini açmağı məqsədəuyğun bildik. Türkiyədəki vətəndaşlarımıza xidmət edərkən necə qürur duyuramsa, Azərbaycana gedərkən də eyni qüruru daşıyıram. Bizim işimiz dünya miqyasında xəstəxanalar qurmaqdır. Azərbaycanda da ən yaxşı texnologiya və ən yaxşı mütəxəssislərlə xəstəxana inşa etmək üçün sizə söz veririk.

- Türkiyədə yeni bir universitet də qurursunuz - Yeni Yüzil Universiteti. Bu il ilk tələbə qəbulunuzdur. Universitetə qəbul olunan ilk tələbə də burada bizimlədir. Universitet yaratmaq fikri sizdə necə yarandı?

- Universitet sahibi olmaq, ölkəm üçün yeni nəsillər yetişdirmək mənim üçün ən şərəfli vəzifədir. İlk tələbəmiz Gizəm Hacıeyüpoğlunun həmyerlim - Oflu (Trabzon) olması mənə başqa bir qürur verir. Universitet qurmaq uzun illərdən bəri mənim həyata keçirmək istədiyim bir layihə idi. Bu il tələbə qəbul etmək məni sonsuz dərəcədə sevindirir. Bu universitetinin bir ayağının Azərbaycana açıq olmasına çalışacağıq. Bu istiqamətdə də bəzi müzakirələrimiz var. İnşallah, yolumuz açıq və aydın olar, bu yatırımı da Azərbaycanda həyata keçirərik. Ali Təhsil Qurumu bizə əcnəbi tələbə qəbulu üçün icazə verib. Azərbaycan xalqı bizim üçün əcnəbi sayılmır, ancaq başqa ölkə olduğundan Azərbaycandan gələn tələbələrimiz əcnəbi statusunda oxuyacaqlar. Bunu həyata keçirəndən sonra Azərbaycankı universitet layihəmizi reallaşdırmağa çalışacağıq. Burdan azərbaycanlı qardaşlarımıza müraciət edərək deyirəm ki, dünya standartında olan universitetimizin qapıları gənclərə açıqdır.

- Bu, önəmli bir müraciətdir. Türk dünyasının digər ölkələrinə də APA vasitəsilə bu müraciəti edirsinizmi?

- Təbii ki, onlara da müraciət edirəm. Necə ki, bir xəstəxana üçün bütün xəstələr bərabərdir və onların arasında dil, din, rəng, irq fərqi yoxdur, universitetlər də onun kimidir. İnsan doktorunu seçərkən sanki həyat yoldaşını seçirmiş kimi həssas davranır. Mən həm xəstəxanamızın, həm də universitetimizin eyni dərəcədə Azərbaycanın və bütün türk dünyasının sərmayəsi olduğuna inanıram.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR