Bank Of Baku

UNİCEF təmsilçisi: “Erkən nikahlar arzuolunmazdır”

UNİCEF təmsilçisi: “Erkən nikahlar arzuolunmazdır”
# 13 may 2010 09:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanda səfərdə olan UNİCEF-in Mərkəzi və Şərqi Avropa-Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Steven Alen Bakıda mətbuat konfransı keçirib. APA-nın məlumatına görə, S. Alen mayın 10-dan Azərbaycanda olduğunu və mayın 14-də görüşlərini yekunlaşdıracağını deyib. O bildirib ki, iyun ayının birinci həftəsində UNİCEF-in İcra Şurasının iclasında qurumla Azərbaycan arasında qəbul edilmiş “Ölkə üzrə proqram” təhlil ediləcək.

Səfər zamanı Azərbaycanda məktəbəqədər təhsilin vəziyyəti ilə maraqlandığını söyləyən S. Alen, ölkədə uşaqların cəmi 25-30 faizinin məktəbəqədər təhsillə əhatə olunduğunu vurğulayıb. Uşaq ölümü ilə bağlı sualı cavablandıran UNİCEF nümayəndəsi qeyd edib ki, beynəlxalq hesablamalara görə Azərbaycanda 5 yaşına qədər uşaqlar arasında hər 1000 nəfərə 36 ölüm halı düşür. Onun sözlərinə görə, Azərbaycanla eyni yolu keçən ölkələrlə müqayisədə bu pis deyil, amma daha çox irəliləyiş olmalıdır.

Erkən nikahlara da toxunan qonaq hesab edir ki, çox erkən yaşda ana olan qızlar dünyaya gətirdikləri uşaqlara lazımi təhsil verə bilmirlər, sağlam nəsil artımı üçün də erkən nikahlar arzuolunmazdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR