Bank Of Baku

Sumqayıtda Bağlar massivində tullantıların daşınması üçün müqavilələr bağlanılır

Sumqayıtda Bağlar massivində tullantıların daşınması üçün müqavilələr bağlanılır
# 13 may 2010 09:37 (UTC +04:00)
Sumqayıt - APA-Economics. Sumqayıtın Bağlar massivi adlanan sahəsində səliqə-sahman yaratmaq, mövcud olan məişət zibillərinin və tullantıların vaxtlı-vaxtında toplanması və ərazidən uzaqlaşdırılması ilə bağlı Sumqayıt şəhər İcra Hakimiyyətində keçirilən müşavirədən sonra bu sahədə görülən işlər daha da sürətləndirilib.

Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin “APA-Economics”ə verdiyi məlumata görə, 5 minə yaxın təsərrüfatı (bağ sahəsi) əhatə edən bu ərazidə şəhər “Təmizlik Departamenti”nin xətti ilə konteynerlərin yerləşdirilməsi üçün meydançalar düzəldilir, Müəyyən istiqamətlərdə departamentin daimi fəaliyyət göstərən məntəqələri təşkil edilir.

Departament tərəfindən hər bir bağ sahibi ilə tullantıların daşınması üçün müqavilələr bağlanılır, sakinlərə bildirişlər paylanılır. Artıq qeydiyyata alınan 2457 nəfərdən 334-ü ilə müqavilə bağlanılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR