Bank Of Baku

Steven Alen: “Azərbaycanda uşaq ombudsmanı institutunun yaradılması təqdirəlayiq sayılar”

Steven Alen: “Azərbaycanda uşaq ombudsmanı institutunun yaradılması təqdirəlayiq sayılar”
# 13 may 2010 09:38 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Azərbaycanda uşaq ombudsmanı institutunun yaradılması ölkənin öz işidir”. Bunu APA-nın sualını cavablandıran UNİCEF-in Mərkəzi və Şərqi Avropa - Müstəqil Dövlətlər Birliyi ölkələri üzrə regional direktoru Steven Alen deyib. O bildirib ki, Azərbaycan ombudsmanı böyük enerjiyə malik xanımdır: “Biz çox məmnunuq ki, o, yenidən 7 il müddətinə ombudsman seçilib. Amma o özü də başa düşür ki, uşaqların hüquqları ilə bağlı çox iş aparılmalıdır. Ya onun aparatı genişləndirilməlidir, ya da ikinci ombudsman institutu yaradılmalıdır və onların işi vəhdət təşkil etməlidir, pərakəndə olmamalıdır. Digər ölkələrdə belə bir praktika var, Azərbaycanda da olsa, təqdirəlayiq sayılar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR