Bank Of Baku

Koreya gənclərindən ibarət nümayəndə heyəti Azərbaycan gəlib

Koreya gənclərindən ibarət nümayəndə heyəti Azərbaycan gəlib
# 13 may 2010 10:32 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Koreya gənclərindən ibarət on nəfərlik nümayəndə heyəti Azərbaycan gəlib. APA-nın xəbərinə görə, koreyalı gənclərin səfəri ilə bağlı Gənclər və İdman Nazirliyində nazir müavini İntiqam Babayevlə görüş keçirilib. Görüşdə İ. Babayev Azərbaycanda gənclər sahəsində həyata keçirilən siyasət, gənclərin qazandığı uğurlar haqqında qonaqlara məlumat verib. Onun sözlərinə görə, son 16 ay ərzində nazirlik tərəfindən gənclərlə bağlı 180 tədbir keçirilib. Nazir müavini deyib ki, ölkədə 200-dən artıq gənclər təşkilatları fəaliyyət göstərir ki, onların da əksəriyyəti ilə səmərəli əməkdaşlıq qurulub.

Qeyd olunub ki, Koreya gəncləri bir həftə ərzində Azərbaycanla tanış olacaq, ölkənin tarixi yerlərinə ekskursiyalar edəcək, eyni zamanda bir sıra rayonlara də səfər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR