Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri BDU-nun müəllim-tələbə kollektivi ilə görüşüb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri BDU-nun müəllim-tələbə kollektivi ilə görüşüb
# 13 may 2010 10:34 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri ilə Bakı Dövlət Universitetinin müəllim və tələbə kollektivinin görüşü keçirilib. APA-nın məlumatına görə, “Ekologiya ili” çərçivəsində keçirilən görüşdə çıxış edən BDU-nun coğrafiya fakültəsinin dekanı Müseyib Müseyibov bildirib ki, ekoloji proseslərin idarə olunmasında kadr hazırlığı mühüm rol oynayır. Buna görə də universitetin təbiət elmləri üzrə fakültələrində təhsil alan tələbələr üçün belə görüşlər mühüm əhəmiyyət kəsb edir.

Nazirliyin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdir müavini İmran Əbdülov isə “Ekologiya ili” çərçivəsində müxtəlif təhsil ocaqlarında maarifləndirmə tədbirləri həyata keçirildiyini söyləyib. Ekoloji siyasətin dövlətin əsas prioritetlərindən olduğunu deyən İ. Əbdülov ekoloji problemlərin həlli üçün dövlət orqanları ilə yanaşı, hər bir vətəndaşın da səy göstərməli olduğunu vurğulayıb.

Hidrometeorologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Rza Mahmudov isə qeyd edib ki, insanlar təbiətdən asılılığı unudanda ekoloji böhran yaranır: “Hazırda ekoloji böhran bəşəri problemdir. İndi təbii fəlakətlərin və iqlim dəyişmələrinin 80 faizi hidrometeoroloji amillərlə bağlıdır. Təbii ki, bu problemlərin yaranmasında insan amili də rol oynayır. Ona görə də əhali arasında ekoloji maarifləndirmə gücləndirilməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR