Bank Of Baku

“Əqli mülkiyyət hüquqlarının qorunması və medianın rolu” mövzusunda konfrans keçirilib

“Əqli mülkiyyət hüquqlarının qorunması və medianın rolu” mövzusunda konfrans keçirilib
# 13 may 2010 10:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin və onun Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək Proqramının (TİİDP) təşkilatçılığı ilə “Əqli mülkiyyət hüquqlarının qorunması və medianın rolu” mövzusunda konfrans keçirilib. APA-nın məlumatına görə, konfransda çıxış edən USAİD-in TİİDP rəhbər müavini Con Korriqan bildirib ki, tədbir Azərbaycanın Müəllif Hüquqları Agentliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyi ilə birgə təşkil edilib. Konfransın keçirilməsində məqsəd Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına üzvlüyünə dəstək olmaqdır: “Azərbaycan bu təşkilata üzv olarkən müəyyən öhdəliklər götürəcək. Bu öhdəliklərin yerinə yetirilməsi, ictimailəşdirilməsində isə vasitəçi media olacaq”.

USAİD-in əqli mülkiyyət məsələləri üzrə mütəxəssisi Polli Mayer bildirib ki, hazırda dünyada əqli mülkiyyət inkişaf edən bir sahədir və Azərbaycanda da bu sahədə böyük irəliləyiş var: “Azərbaycanda ildə 300-ə qədər patent ərizəsi daxil olar və bunların əksəriyyəti neftlə bağlıdır. Bu kəşflərin gəlir gətirməsi əqli mülkiyyət hüquqlarının qorunmasından asılıdır”. O, Azərbaycanda əqli mülkiyyət və patentlə bağlı qanunvericilik bazasının kifayət qədər təkmilləşdirildiyini vurğulayıb. Həmçinin, praktiki sahədə də lazımı addımların atıldığını qeyd edib.

Konfransda əqli mülkiyyət, patent, müəlliflik hüquqları, medianın bu sahədə rolu ilə bağlı çıxışlar və müzakirələr olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR