Bank Of Baku

Azəri-Türk Qadınlar Birliyi Belçikada gerçəkləşdirdiyi beynəlxalq konfransın nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib

Azəri-Türk Qadınlar Birliyi Belçikada gerçəkləşdirdiyi beynəlxalq konfransın nəticələrinə həsr olunmuş mətbuat konfransı keçirib
# 13 may 2010 10:44 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azəri-Türk Qadınlar Birliyi Belçikada “Müharibələrdə qadınların vəziyyəti: erməni və Azərbaycan qadınlarının dialoqu” mövzusunda keçirdiyi konfransın nəticələrinə həsr olunmuş mətbuat konfransı təşkil edib. APA-nın məlumatına görə, birliyin sədri Tənzilə Rüstəmxanlı bu konfransa bir il hazırlıq aparıldığını deyib. Belçikada olan erməni diasporunun konfransın keçirilməsinin qarşısını almağa çalışdığını deyən T. Rüstəmxanlı hətta konfransa 2 gün qalmış onun təxirə salındığını da vurğulayıb: “Belçika Krallığı Senatının qadın və kişi hüquqlarının bərabərliyi üzrə Məsləhət Şurasının sədri, senator Dominique Tilmans konfransın aparıcısı idi. O bildirdi ki, erməni tərəfi konfransa qatılmaqdan imtina edir və buna görə də konfrans baş tutmayacaq. Amma danışıqlardan sonra konfransı keçirməyə nail olduq”. T. Rüstəmxanlı konfransda ermənilərin Azərbaycan ərazilərini işğal etməsi, qaçqın və məcburi köçkünlərin vəziyyəti, insanların öldürülməsi, soyqırımına məruz qalması barədə məlumat verib.

O, konfransda erməni nümayəndələrinin yanlış məlumatlar verməyə çalışdıqlarını, lakin bunun qarşısının alındığını, Azərbaycan nümayəndələrinin çıxışlarının ermənilər tərəfindən aqressivliklə qarşılandığını vurğulayıb.

Qeyd edək ki, konfrans mayın 3-4-də BMT-nin müharibə bölgələrində qadınların sülh istəyi ilə bağlı qəbul etdiyi 1325 saylı qətnaməsinin 10-cu ildönümü münasibəti ilə təşkil edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR