Bank Of Baku

Azərbaycan Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyasının inkişaf göstəriciləri reytinqində ilk üçlüyə daxil edilib

Azərbaycan Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyasının inkişaf göstəriciləri reytinqində ilk üçlüyə daxil edilib
# 13 may 2010 10:46 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbələrin İqtisadiyyat və Menecmentlik üzrə Beynəlxalq Assosiasiyası (AIESEC) inkişaf göstəricilərinə görə müxtəlif ölkələrin gənclərinin reytinqini açıqlayıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2009-cu il avqust ayında AIESEC-in Malayziyada təşkil olunmuş beynəlxalq konqresində təşkilatın gələcək 5 il ərzində prioritetləri müəyyən olunub və “Generation’10: From ambition to action” adlı konsepsiyası hazırlanıb. Konsepsiya çərçivəsində aparılan işlər nəticəsində Azərbaycan daxil olduğu region üzrə (Mərkəzi və Şərqi Avropa regionu) inkişaf səviyyəsinə görə bir çox ölkələri qabaqlayaraq 200 faiz inkişaf göstəricisi ilə ilk üçlüyə daxil olub. Siyahıdakı birinci yer Moldovaya, ikinci yer isə Xorvatiyaya məxsusdur. Cənubi Qafqazdakı digər ölkələrə gəlincə, Gürcüstanda inkişaf səviyyəsi 100 faiz, Ermənistanda isə 33 faiz geriləmə müşahidə edilib.
2010-cu ilin yay ayları ərzində 87 nəfər Azərbaycanlı gənc dünyanın 17 ölkəsində mübadilə proqramlarında iştirak edəcək. Bu rəqəm təşkilatın 2006-2009-cu illər ərzində həyata keçirdiyi mübadilə proqramlarından 4 dəfə çoxdur. Azərbaycana isə 7 xarici gənc gələcək və bununla da Azərbaycandakı mübadilə iştirakçılarının sayı 16 nəfər olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR