Bank Of Baku

Mayın 15-də Rusiyanın ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçiriləcək

Mayın 15-də Rusiyanın ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçiriləcək
# 13 may 2010 11:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 15-də Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda (MDBƏİ), həmçinin Rusiya Federasiyasının digər ali təhsil müəssisələrində təhsil almaq istəyən Azərbaycan vətəndaşları üçün qəbul imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, MDBƏİ-yə qəbul imtahanında iştirak etmək üçün 12, RF-nin digər ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək üçün 98 nəfər, ümumilikdə 110 abituriyent qeydiyyatdan keçib. Abituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni mayın 13-dən etibarən TQDK-nın internet saytına daxil olaraq çap edib götürməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR