Bank Of Baku

Mayın 16-da Azərbaycanın 27 şəhərində sınaq imtahanı olacaq

Mayın 16-da Azərbaycanın 27 şəhərində sınaq imtahanı olacaq
# 13 may 2010 11:21 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mayın 16-da respublikanın 27 şəhərində növbəti sınaq imtahanı keçirəcək. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, sınaq imtahanında 31 mindən artıq abituriyentin iştirakı nəzərdə tutulur. Sınaq imtahanlarında istifadə olunan sual kitabçaları TQDK-nın aparıcı mütəxəssisləri və ekspertləri tərəfindən hazırlanıb və orta məktəb dərsliklərinə, qəbul imtahanları proqramlarına tamamilə uyğundur.

Qeyd edək ki, sınaq imtahanları Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Şəmkir, Ağstafa, Şirvan, Lənkəran, Şəki, Zaqatala, Oğuz, Bərdə, Tərtər, Ucar, Ağdaş, Ağsu, Beyləqan, Neftçala, Lerik, Quba və Xaçmaz şəhərlərində, həmçinin Naxçıvan Muxtar Respublikasının Kəngərli, Babək, Ordubad, Culfa, Şərur və Şahbuz rayonlarında baş tutacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR