Bank Of Baku

Kür və Araz çaylarında yüksək sululuq davam edəcək

Kür və Araz çaylarında yüksək sululuq davam edəcək
# 13 may 2010 12:08 (UTC +04:00)
Araz çayının Novruzlu məntəqəsində səviyyəsi 6 sm, Qarasu çayının Zərdabda səviyyəsi 5 sm azalıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Umayra Tağıyevanın APA-ya verdiyi məlumata görə, yaxın günlərdə Kür və Araz çaylarında yüksək suluğunun davam edəcəyi gözlənilir.

U. Tağıyeva deyib ki, hazırda Quba-Xaçmaz, Balakən-Şəki, Qəbələ-İsmayıllı, Qazax-Gəncə bölgəsinin çaylarında və Tərtərçayda yüksək sululuq müşahidə olunmaqdadır. Tərtərçayda işğal altında yerləşən Sərsəng su anbarından böyük həcmdə suyun buraxılması davam edir. Buraxılan suyun miqdari 76 kubmetr/saniyə təşkil edir ki, bu da çayın aşağı axınında böhran vəziyyəti yaradır. Lənkəran-Astara bölgəsi çaylarında sululuq norma daxilində və bir qədər aşağıdır.

U. Tağıyevanın sözlərinə görə, mayın 15-dən 16-dək, əsasən gecə və axşam saatlarında ölkənin bəzi rayonlarında, eyni zamanda Gürcüstan ərazisində gözlənilən leysan xarakterli yağışlarla əlaqəli çaylarda yüksək sululuğun davam edəcəyi, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur. Mayın 16-sı gündüzdən havanın nisbətən sabitləşməsi, mayın 17-də də, əsasən yağmursuz keçməsinə baxmayaraq, yüksək dağlıq ərazilərdə qar örtüyünün əriməsi hesabına çaylarda yüksək sululuq davam edəcək, lakin ötən günlərlə müqayisədə sululuğun nisbətən azalması, tədricən ongünlük normasına yaxınlaşması gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR