Bank Of Baku

Ombudsman UNİCEF-in regional direktorunu qəbul edib

Ombudsman UNİCEF-in regional direktorunu qəbul edib
# 13 may 2010 16:09 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Ombudsman Elmira Süleymanova Azərbaycanda səfərdə olan UNİCEF-in Mərkəzi, Şərqi Avropa və MDB ölkələri üzrə regional direktoru Stiven Allenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Süleymanova Azərbaycanda uşaq hüquqlarının müdafiəsi, təmin edilməsi və təbliğinə böyük diqqət yetirildiyini, rəhbərlik etdiyi qurumda əhalinin müxtəlif qrupları, o cümlədən uşaq hüquqları üzrə ixtisaslaşdırılmış müşavirlər institutunun yaradıldığını bildirib.

S. Allen isə deyib ki, Azərbaycana səfərində məqsəd uşaqların hüquqlarının təmin olunması sahəsində vəziyyəti, onların problemlərinin həlli istiqamətində dövlət orqanları və UNİCEF-in birgə fəaliyyətini öyrənməkdən ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR