Bank Of Baku

Gürcüstan prezidentinin xanımı Səhiyyə Nazirliyində olub

Gürcüstan prezidentinin xanımı Səhiyyə Nazirliyində olub
# 13 may 2010 18:40 (UTC +04:00)
Bakı-APA. Bakıda səfərdə olan Gürcüstan prezidentinin xanımı, Qlobal Əməkdaşlıq Fondunun vərəm üzrə səfiri Sandra Rulofs səhiyyə naziri Oqtay Şirəliyev ilə görüşüb.

APA-nın AzərTac agentliyinə istinadən verdiyi xəbərə görə, nazirliyin mətbuat xidmətindən bildirilib ki, O.Şirəliyev səhiyyə sahəsində görülən işlər, aparılan islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər, istifadəyə verilən yeni tibb müəssisələri, habelə səhiyyənin inkişafına dair dövlət proqramları haqqında ətraflı məlumat verib.

O.Şirəliyev son illər ərzində ölkədə vərəmlə mübarizə sahəsində əhəmiyyətli işlər görüldüyünü bildirib, Dünya Səhiyyə Təşkilatının tövsiyələrinə uyğun olaraq DOTS proqramının müvəffəqiyyətlə həyata keçirildiyini, regionlarda ixtisaslaşdırılmış kabinetlərin fəaliyyət göstərdiyini və görülən işlərin nəticəsində bu sahədə vəziyyətin kifayət qədər yaxşılaşdığını vurğulayıb.

Sandra Rulofs ətraflı məlumata görə minnətdarlıq edib, Gürcüstanın səhiyyə sistemində həyata keçirilən islahatlar, görülən işlər, əldə olunmuş uğurlar və mövcud problemlər barədə danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR