Bank Of Baku

Аzərbaycanin birinci xanimi Mehriban Əliyeva Gürcüstanin birinci xanimi Sandra Rulofs ilə görüşüb

Аzərbaycanin birinci xanimi Mehriban Əliyeva Gürcüstanin birinci xanimi Sandra Rulofs ilə görüşüb
# 14 may 2010 02:18 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyeva ölkəmizdə səfərdə olan Gürcüstan prezidentinin xanımı Sandra Elizabet Rulofs ilə görüşüb.

APA-nın AzərTAc agentliyinə istinadən verdiyi xəbərə görə, Mehriban Əliyeva Rulofsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə qonaqları Heydər Əliyev Fondunda salamlayaraq bu görüşlərin artıq ənənəvi xarakter aldığını, əməkdaşlığın getdikcə daha da genişləndiyini söyləyib. Mehriban Əliyeva Heydər Əliyev Fondu ilə Gürücüstanın birinci xanımının rəhbərlik etdiyi “Soko” fondu arasında səhiyyə, təhsil sahələrində bir çox birgə layihələr həyata keçirildiyini bildirib.
Mehriban Əliyeva Gürcüstanın birinci xanımı ilə hər görüşdən sonra yeni birgə layihələrin həyata keçirilməsinə başlanılmasını məmnunluqla qeyd edib.
Gürcüstanın nümayəndə heyətini təqdim edən Sandra Elizabet Rulofs “Soko” fondunun filialı olan nadir xəstəliklər üçün alyans barədə məlumat verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR