Bank Of Baku

Ekoloji qanunvericiliyin tələblərinin pozulması ilə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb

Ekoloji qanunvericiliyin tələblərinin pozulması ilə bağlı aparılan araşdırmaların nəticələri açıqlanıb
# 14 may 2010 07:26 (UTC +04:00)
Bakı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları 16-30 aprel tarixində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparıblar. ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 239 akt və protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 102 göstəriş verilib. Ümumilikdə 43 iş üzrə 46900 manat məbləğində cərimə tətbiq edilib, ondan 7562,54 manat ödənilib. Ətraf mühitə dəymiş ziyanla bağlı 57 iş üzrə 13908,22 manat məbləğində iddia qaldırılıb, ondan 3153,5 manatın ödənilməsi təmin edilib. İdarə və müəssisələrə 142 iş üzrə 60918,25 manat məbləğində ödəmə tətbiq edilib, ondan (ötən ildən qalanla) 71394,52 manatın ödənilməsi təmin olunub. Tədbir görülməsi üçün Məhkəmə Nəzarətçilərinə və Məhkəmə İcraçılarına göndərilən 26 işdən 2-nə, hüquq-mühafizə orqanlarına göndərilən 11 işdən 4-nə, məhkəmələrə göndərilən 23 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb.

Su ehtiyatlarının mühafizəsi üzrə 15 akt tərtib olunan və müəyyən edilən nöqsanların aradan qaldırılması üçün 13 icrası məcburi olan göstəriş verilib. 1 iş üzrə 2500 manat məbləğində cərimə tətbiq edilib. 33 iş üzrə 10518,25 manat məbləğində ödəmə tətbiq edilmiş, ondan (ötən ildən qalanla) 23068,07 manatın ödənilməsi təmin olunub.
Atmosfer havasının mühafizəsinə nəzarət məqsədilə müvafiq araşdırmalar aparılaraq 54 akt və protokol tərtib olunub. Aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması məqsədilə 46 icrası məcburi olan göstəriş verilib.
Torpağın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 23 akt və protokol tərtib olunub.

Floranın mühafizəsi sahəsində aşkar olunmuş qanun pozuntularına görə 60 akt və protokol tərtib olunub, müəyyən edilmiş nöqsanların aradan qaldırılması üçün müvafiq qanunvericiliyə əsasən 8 icrası məcburi olan göstəriş verilib. Faunanın mühafizəsi üzrə 4 iş üzrə 160,6 manat məbləğində cərimə ödənilib. Su hövzələrində bioloji resursların artırılması və mühafizəsi sahəsində 19 akt və protokol tərtib olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR