Bank Of Baku

YUNESKO-nun bədii təhsil üzrə İkinci Dünya Konfransı keçiriləcək

YUNESKO-nun bədii təhsil üzrə İkinci Dünya Konfransı keçiriləcək
# 22 may 2010 08:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mayın 25-28-də Seulda YUNESKO-nun bədii təhsil üzrə İkinci Dünya Konfransı keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfrans bədii təhsili aşılayan ali, orta ixtisas və uşaq musiqi, incəsənət və rəssamlıq məktəblərinin rolunun, onların gələcək inkişafının, habelə beynəlxalq səviyyədə əhəmiyyətinin vacibliyinə həsr olunub. Konfransda dövlət qurumlarında çalışanlarla bərabər, sahə üzrə təcrübəli mütəxəssislər, müəllimlər və qeyri hökumət təşkilatlarının nümayəndələri iştirak edəcəklər.

YUNESKO üzrə Milli Komissiya və YUNESKO-nun Moskva üzrə qərargahının təşəbbüsü ilə Mədəniyyət və Turizm Nazirliyi konfransda təmsil olunacaq. Nazirliyin elm və təhsil şöbəsinin müdiri Yaşar Əliyev ekspert qismində konfransa dəvət olunub. Konfransda iştirakçı ölkələrdə bədii təhsilin inkişaf imkanları araşdırılacaq və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində birgə səylərin ümumiləşdirilməsi məsələləri geniş müzakirə obyekti olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR