Bank Of Baku

Mədəniyyət və turizm nazirinin müavini Misirin ali təhsil nazirinin müavini ilə görüşüb

Mədəniyyət və turizm nazirinin müavini Misirin ali təhsil nazirinin müavini ilə görüşüb
# 22 may 2010 08:44 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Mədəniyyət və Turizm Nazirliyində nazir müavini Sevda Məmmədəliyeva və Misir Ərəb Respublikasının ali təhsil nazirinin müavini Məhəmməd Əbu Əli arasında görüş keçirilib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, tərəflər iki ölkə arasında mədəniyyət sahəsində əlaqələrin yüksək inkişafını qeyd edib, mütəmadi olaraq hər iki ölkədə Mədəniyyət Günlərinin təşkil edildiyini, Bakı şəhərində fəaliyyət göstərən Misir Mədəniyyət Mərkəzi tərəfindən Misir mədəniyyətinə həsr olunan bir sıra tədbirlərin həyata keçirildiyini vurğulayıblar. Əbu Əli Məhəmməd Azərbaycanda ərəb dilini və mədəniyyətini yaxşı bilən mütəxəssis-şərqşünasların çox olduğunu qeyd edib. Tərəflər turizm ixtisası üzrə tələbə mübadiləsinin təşkili imkanlarını, Azərbaycan Turizm İnstitutu və Misirin müvafiq ali təhsil müəssisəsi arasında sazişin bağlanması, həmçinin Misirdə Azərbaycan Mədəniyyət Mərkəzinin yaradılması məsələlərini nəzərdən keçiriblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR