Bank Of Baku

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının yeni yay geyim formasına keçidi ilə əlaqədar Hökumət Evinin qarşısında tədbir keçirilib

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının yeni yay geyim formasına keçidi ilə əlaqədar Hökumət Evinin qarşısında tədbir keçirilib
# 22 may 2010 09:20 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları yeni yay geyim formasına keçib. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin ictimai qurumlarla əlaqə şöbəsinin müdiri Cəmşid Hənifəyev bildirib. Şöbə müdiri deyib ki, bu gün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının yeni yay geyim formasına keçidi ilə əlaqədar Hökumət Evinin qarşısında tədbir keçirilib. Onun sözlərin görə, bundan sonra yol polisinin əməkdaşları ilk dəfə olaraq yay geyimlərinin üstündə sarı rəngli fərqləndirici jiletlər də geyinəcəklər: “Bu jiletlər gecə vaxtları yol polisi əməkdaşlarının aydın görünməsinə köməklik edəcək. Belə jiletlərdən istifadə ilk dəfədir tətbiq olunur”.

C. Hənifəyev tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi Rafiq Abbasovun da iştirak etdiyini, yol polisi əməkdaşlarının yeni geyim formalarında təntənəli keçidinin baş tutduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR