Bank Of Baku

İsmət Abasov: “Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni kadrların yetişdirilməsi çox vacibdir”

İsmət Abasov:  “Azərbaycanın ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni kadrların yetişdirilməsi çox vacibdir”
# 22 may 2010 11:44 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov-APA. “Azərbaycan Dövlət Aqrar Universitetində son iki il müddətində xeyli iş görülüb. Hələ tam demək olmaz ki, kadrlarla təminat tam istədiyimiz kimidir. Amma bununla yanaşı son illər kənd təsərrüfatı sahəsində kadr hazırlığı işində çox ciddi irəliləyişlər olub”. APA-nın Qərb bürosunun məlumatına görə, bu açıqlamanı Azərbaycan Dövlət Aqrar Universitetinin yaradılmasının 80 illiyinə həsr olunmuş tədbirə qatılan kənd təsərrüfatı naziri İsmət Abasov verib: “Əvvəllər universitet akademiya olan vaxtı bəzi abuturiyentlər buraya daxil olurdu və sonra müxtəlif bəhanələrlə müxtəlif variantlardan istifadə edərək başqa universitetlərə köçürülmə halları baş verirdi. Lakin Akademiya bizim balansımıza keçib Aqrar Universitet olduqdan sonra biz bu halları tamam dayandırmışıq. Bu günə kimi bizim razılığımızla bir nəfər də olsun başqa universitetə köçürülməyib. Düşünürəm ki, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün yeni kadrların yetişdirilməsi, onların beynəlxalq aləmdə öz təcrübələrinin artırması çox vacibdir”.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin 80 illiyi ilə əlaqədar Gəncədə keçirilən tədbirlər davam etdirilir. APA-nın Qərb bürosunun verdiyi məlumata görə, tədbirin ikinci günündə kənd təsərrüfatı naziri İsmət Abasov, Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov və şəxslər tədbirdə iştirak ediblər. İlk olaraq tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət ediblər. Daha sonra ADAU-nun baş binasında ali təhsil müəssisəsinin yaradılmasının 80 illiyi ilə əlaqədar tədbir keçirilib. Tədbirdə çıxış edənlər Azərbaycan Dövlət Aqrar Universitetinin rəhbərliyini, tələbə və müəllim heyyətini universitetin 80 illik yubileyi münasibəti ilə təbrik ediblər. Universitet rəhbərliyinə hədiyyələr təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR