Bank Of Baku

Azərbaycanın Ağdam, Ağcabədi və Tərtər rayonlarına güclü dolu düşüb

Azərbaycanın Ağdam, Ağcabədi və Tərtər rayonlarına güclü dolu düşüb
# 24 may 2010 07:31 (UTC +04:00)
Tərtər. Teymur Zahidoğlu - APA. Mayın 24-də gecə saat 2.00 radələrindən başlayaraq Tərtər rayonuna güclü dolu yağıb. Tərtər sakinləri APA-nın Qarabağ bürosuna bildiriblər ki, diametri 3-4 santimetr olan dolu dənələri təsərrüfatlara xeyli ziyan vurub. Tərtər rayon İcra Hakimiyyəti Mülki Müdafiə Qərargahının rəisi İlqar Musayev APA-ya açıqlamasında deyib ki, hələlik kəndlərə dəymiş ziyan haqqında məlumatlar toplanır. İlkin informasiyalara görə, ən çox rayonun Səhləbad, Seyidimli, Hüləvəndli kəndlərində və Tərtər şəhərinin özündə evlər, həyətyanı təsərrüfatlar, əkin sahələri, taxıl zəmiləri yararsız hala düşüb. Təqribən eyni saatlarda Ağdam və Ağcabədi rayonlarına da dolu yağıb. Bu rayonlarda dolunun ciddi fəsadları qeydə alınmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR