Bank Of Baku

Bakı Dünya Ətraf Mühit Gününün qeyd edilməsi üçün Avropanın üç şəhərindən biri seçilib

Bakı Dünya Ətraf Mühit Gününün qeyd edilməsi üçün Avropanın üç şəhərindən biri seçilib
# 24 may 2010 07:47 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bakı şəhəri Dünya Ətraf Mühit Gününün qeyd edilməsi üçün Avropanın üç şəhərindən biri seçilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimovanın APA-ya verdiyi məlumata görə, hər il Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramı (UNEP) Dünya Ətraf Mühit Gününün Avropa regionunda qeyd edilməsi üçün Avropa ölkələrindən baş şəhərlər elan edir. Bu il İtaliyanın Genuya, İsveçrənin Cenevrə şəhərləri ilə bərabər Azərbaycanın Bakı şəhəri də mərkəz şəhər seçilib. Bakının bu statusa layiq görülməsi Azərbaycanda ətraf mühitin mühafizəsi, ekologiya sahəsində görülən işlərin, həyata keçirilən dövlət və milli proqramların uğurlu nəticəsi kimi qiymətləndirilir və beynəlxalq qurumların Cənubi Qafqaz regionunda Azərbaycana böyük önəm verməsindən irəli gəlir.
Qeyd edək ki, 5 iyun - Ümumdünya Ətraf Mühit Günü 1972-ci ildə BMT Baş Assambleyasının 27-ci sessiyasında elan edilib. Həmin ildən BMT sistemində yaradılan UNEP tərəfindən hər il Ümumdünya Ətraf Mühit Günü keçirilir. Ümumdünya Ətraf Mühit günü müxtəlif formalarda - küçə mitinqləri, velosipedçilərin yürüşləri, “yaşıl” konsertlər, məktəblərdə plakat və inşa müsabiqələri, ağacəkmə, ərazilərin təmizlənməsi, tullantıların utilizasiyası və başqa çoxsaylı tədbirlərlə qeyd olunur. “Çoxlu növlər, bir planet, bir gələcək” devizi altında həyata keçiriləcək builki Dünya Ətraf Mühit Günü ətraf mühitin sağlamlaşdırılması və yaxşılaşdırılması, ekoloji tarazlığın qorunması ilə yanaşı bu istiqamətdə maarifləndirmə və məlumatlılığın artırılmasını da nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR