Bank Of Baku

TQDK nəşrlərinin elektron satışına başlanılıb

TQDK nəşrlərinin elektron satışına başlanılıb
# 24 may 2010 08:00 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva-APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) abituriyentlərə qəbul imtahanlarına hazırlaşmağa kömək etmək məqsədi ilə komissiyanın nəşrlərinin elektron satışına başlayıb. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, komissiyanın nəşr etdiyi “Abituriyent” jurnallarını, metodiki vəsaitləri “TQDK-nın nəşrlərinin satışı sistemi”ndən əldə etmək olar.

“Visa/Visa Electron” və ya “Mastercard/Maestro” plastik kartı olan istənilən şəxs Komissiyanın internet saytında yaradılmış http://tqdk.gov.az/ejurnal bölməsinə daxil olaraq əldə etmək istədiyi vəsaiti seçir və onun hesabından vəsaitin qiymətinə uyğun məbləğ ödənir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR