Bank Of Baku

Güclü dolu Göyçay rayonunun 12 kəndinə ziyan vurub

Güclü dolu Göyçay rayonunun 12 kəndinə ziyan vurub
# 24 may 2010 08:29 (UTC +04:00)
Göyçay. Zahid Abışov – APA. Ötən gecə saat 3.00 radələrindən başlayaraq Göyçay rayonuna güclü dolu yağıb. Göyçay rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Ramiz İbrahimov APA-nın yerli bürosuna bildirib ki, dolu rayonun 12 kəndinə (Bığır, Qarayazı, Qaraməryəm, Yekəxana, Şahsultanlı, Lək-Çıplaq, Qaraman, Şıxbəyi, Mırtı, Şəkər, Qaraxıdır, Məlik) ziyan vurub. Əsasən fərdi təsərrüfatlar, meyvə ağacları, istixanalar, minik maşınları ziyan çəkib.

Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri adı çəkilən kəndlərə dəyən ziyanla bağlı araşdırma aparırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR