Bank Of Baku

Yaxın günlərdə Azərbaycan paytaxtında havaların stabil keçəcəyi proqnozlaşdırılır

Yaxın günlərdə Azərbaycan paytaxtında havaların stabil keçəcəyi proqnozlaşdırılır
# 24 may 2010 09:07 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Gecəyə doğru havanın tutulacağı, yarımadanın bəzi yerlərində qısamüddətli az yağış yağacağı ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyevin APA-ya verdiyi məlumata görə, şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gündüz 24-28 dərəcə, axşam 17-20 dərəcə isti olacaq.

Mayın 25-də havanın gün ərzində dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, lakin gecə yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı gözlənilir. Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 16-18 dərəcə, gündüz 23-26 dərəcə isti olacaq.

Mayın 26-da dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-17 dərəcə, gündüz 24-28 dərəcə isti olacaq.

Mayın 27-də havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, cənub küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 16-18 dərəcə, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında mayın 25-də əsasən gecə və axşam saatlarında bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 25-29 dərəcə, dağlarda gecə 7-10 dərəcə, gündüz 16-21 dərəcə, bəzi yerlərdə 25 dərəcəyədək isti olacaq.

Mayın 26-27-də gün ərzində əsasən yağmursuz keçəcək, lakin mayın 26-da gecə bəzi dağlıq ərazilərdə lokal qısamüddətli az yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 15-19 dərəcə, gündüz 27-32 dərəcə, dağlarda gecə 8-12 dərəcə, gündüz 18-23 dərəcə, bəzi yerlərdə 27 dərəcəyədək isti olacaq.

Tibbi-meteoroloji proqnoza əsasən, yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdləri meteohəssas insanlar üçün əsasən əlverişlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR