Bank Of Baku

Güclü dolu İsmayıllı və Ağdaş rayonlarının 15-ə yaxın kəndində taxıl sahələrini, meyvə ağaclarını, tərəvəz məhsullarını məhv edib

Güclü dolu İsmayıllı və Ağdaş rayonlarının 15-ə yaxın kəndində taxıl sahələrini, meyvə ağaclarını, tərəvəz məhsullarını məhv edib
# 24 may 2010 09:28 (UTC +04:00)
İsmayıllı. Şahnəzər Bəşirov-APA. Mayın 24-də gecə saat 3:00 radələrindən başlayaraq yağan güclü leysan və dolu İsmayıllı və Ağdaş rayonlarının bir neçə yaşayış məntəqəsində kənd təsərrüfatına ciddi ziyan vurub. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rafael Əhmədov APA-nın yerli bürosuna bildirib ki, güclü küləklə müşayiət olunan dolu təxminən 50 dəqiqə ərzində İsmayıllının Qoşakənd, Ağbulaq, Qubaxəlilli, Kürdmaşı, Aşıqbayramlı, Talış, Kəlbənd, Gəraybəyli kəndlərində sakinlərin meyvə ağaclarını, taxıl sahələrini, bostan məhsullarını məhv edib.
Ağdaş rayon İcra Hakimiyyəti başçısının birinci müavini Cavid Osmanov APA-nın yerli bürosuna bildirib ki, təxminən 3-4 santimetrlik dolu dənələri Ağdaş rayonunun Kürqırağındakı Qaradeyin, Abad, Hapıtlı, Qaraoğlan, Ovculu kəndlərinin fərdi təsərrüfatlarına, istixanalara, taxıl sahələrinə ciddi ziyan vurub. Hazırda rayon Fövqəladə Hallar Komissiyasının üzvləri hadisə yerindədir və əhaliyə dəyən ziyan araşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR