Bank Of Baku

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Kür və Araz çaylarında suyun səviyyəsində azalma müşahidə olunur

Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Kür və Araz çaylarında suyun səviyyəsində azalma müşahidə olunur
# 24 may 2010 09:44 (UTC +04:00)
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata əsasən, mayın 24-ə olan məlumata görə, Kür çayının Qıraqkəsəmən məntəqəsində səviyyəsi 396 sm, su sərfi 640 m3/s təşkil edir, səviyyə 6 sm azalıb. Yevlaxda səviyyə 7 sm azalıb, hazırda burada suyun səviyyəsi 392 sm, su sərfi 731 m3/s təşkil edir. Zərdabda səviyyə 774 sm, su sərfi 906 m3/s təşkil edir, səviyyə 1 sm artıb. Surrada suyun səviyyəsi 13 sm (səviyyəsi 928 sm, su sərfi 1815 m3/s), Şirvanda 27 sm (səviyyə 815 sm), Salyanda 7 sm (səviyyə 813 sm, su sərfi 1600 m3/s) azalıb. Bankədə hazırda suyun səviyyəsi 488 sm təşkil edir, yəni səviyyə dəyişməyib.
Araz çayının Novruzlu məntəqəsində səviyyə 706 sm, su sərfi 729 m3/s təşkil edir, səviyyə 11 sm azalıb. Qanıx çayının Əyriçay məntəqəsində isə səviyyə 6 sm artıb, hazırda burada səviyyə 768 sm, su sərfi 305 m3/s təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR