Bank Of Baku

Misir Mərdanov: “Təhsil Nazirliyi daşqın olan rayonlarda buraxılış imtahanlarının hansı formada keçirilməsi barədə hələlik qərar verməyib”

Misir Mərdanov: “Təhsil Nazirliyi daşqın olan rayonlarda buraxılış imtahanlarının hansı formada keçirilməsi barədə hələlik qərar verməyib”
# 24 may 2010 10:04 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Daşqın olan rayonlarda mərkəzləşmiş qaydada buraxılış imtahanlarının hansı formada keçirilməsi ilə bağlı Təhsil Nazirliyi hələlik qərar verməyib. APA-nın məlumatına görə, təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında bildirib ki, hazırda vəziyyət öyrənilir. Bir həftədən sonra orta məktəblərdə “Son zəng”in keçiriləcəyini deyən nazir vəziyyətdən asılı olaraq qərar qəbul ediləcəyini qeyd edib: “Ola bilər 11-ci siniflərin buraxılış imtahanlarının vaxtını dəyişək. Amma vəziyyətdən asılı olaraq bir sıra məktəblərin şagirdlərini bütövlükdə buraxılış imtahanlarından azad da edə bilərik. Amma bu barədə hələ dəqiq qərar verməmişik. Açığı, daşqın olan rayonların bir çoxunun icra hakimiyyətlərinin başçıları, təhsil şöbəsinin müdirləri israrla xahiş edirlər ki, imtahanlar keçirilsin. Çünki artıq Azərbaycanda hamı başa düşür ki, buraxılış imtahanlarının mərkəzləşmiş qaydada keçirilməsi müsbət qarşılanır. Bu keyfiyyətin artırılmasına kömək edən ən ciddi amillərdən biridir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR