Bank Of Baku

Latviyanın elm və təhsil naziri Tatyana Koken: “Azərbaycanla çox faydalı əməkdaşlıq edə biləcəyimizə inanırıq ”

Latviyanın elm və təhsil naziri Tatyana Koken: “Azərbaycanla çox faydalı əməkdaşlıq edə biləcəyimizə inanırıq ”
# 24 may 2010 10:34 (UTC +04:00)
Forumda Latviyanın təhsil və elm naziri Tatyana Kokenin rəhbərlik etdiyi nümayəndə heyəti qatılıb. Nümayəndə heyətinin tərkibinə Latviyanın Elm və Təhsil Nazirliyinin nümayəndələri, dövlət ali təhsil müəssisələrinin və qeyri-universitet tipli özəl ali təhsil müəssisələrinin rəhbərləri daxildir. Təhsil naziri Misir Mərdanov forumda bildirib ki, bu kifayət qədər geniş bir tədbirdir. Latviyanın Avropanın inkişaf etmiş ölkələrindən biri olduğunu deyən nazir forumun keçirilməsində əsas məqsədlərin bu ölkənin təhsil sistemi ilə yaxından tanış olmaq, iki ölkənin təhsil qurumları arasında əlaqələrin qurulması, ali məktəblər arasında müqavilələr imzalamaq, tələbə və müəllif mübadiləsi və elm sahəsində mübadilənin həyata keçirilməsi olduğunu deyib: “İstəyimiz odur ki, ali məktəblər arasında elə əlaqələr formalaşsın ki, Azərbaycan tələbələri Latviyada və əksinə latviyalı tələbələrin Azərbaycanda təhsili mümkün olsun. Amma bunu həyata keçirməkdə problemlər var və birincisi problem dil problemidir”. Nazir ilk ölkənin təhsil proqramlarının bir-birinə yaxın olduğunu qeyd edib.

Latviyanın elm və təhsil naziri Tatyana Koken bildirib ki, Latviya Azərbaycan üçün çox yaxşı tərəfdaş ola bilər: “Avropa Fondunun köməyi ilə təhsilin müxtəlif sahələri üzrə Latviyada yaxşı infrastruktur yaradılıb. Latviyanın təhsil müəssisələri həm gəncləri, həm də mütəxəssisləri cəlb etmək imkanındadır. İnformasiya texnologiyaları, mədəniyyət, tibb, əczaçılıq sahələri üzrə yer təklif edə bilərik. Ümid edirəm ki, bir neçə günlük forum çərçivəsində əməldaşlığımız faydalı olacaq”.

İki gün davam edəcək forumda Azərbaycanla Latviya təhsil sistemləri ilə bağlı informasiya mübadiləsi aparılacaq və əməkdaşlıq imkanları müzakirə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR