Bank Of Baku

Zərdab rayonunun iki kəndində Kürün bəndləri yarma təhlükəsi var

Zərdab rayonunun iki kəndində Kürün bəndləri yarma təhlükəsi var
# 02 iyun 2010 10:50 (UTC +04:00)
Zərdab rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Fövqəladə Hallar Komissiyasının sədri Allahverdi Səfərov APA-nın yerli bürosuna açıqlamasında bildirib ki, təcili olaraq rayonda olan çoxsaylı texnika və Fövqəladə Hallar Nazirliyinin (FHN) 80 nəfərlik şəxsi heyəti əraziyə cəlb olunub. Şəxsi heyətə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi, general-mayor Füzuli Əsədov rəhbərlik edir. Bu gün səhər saat 5.00 radələrinə kimi yaranmış təhlükənin qarşısı alınıb. A. Səfərov deyib ki, həmin istiqamətlərdən bəndlər yarılarasa, rayonun 7-8 kəndi və Kürdəmirin bir neçə kəndinin su altında qalma təhlükəsi yarana bilər.
Onun sözlərinə görə, aparılan bənd bərkitmə işlərinə baxmayaraq, Kürün səviyyəsinin yeddi aydan bəri artmaqda davam etməsi bəndlərin yumşalmasına səbəb olub: “Bu da tez-tez sızmaların yaranması ilə nəticələnir”. A. Səfərov onu da deyib ki, Kürün Zərdab rayonundan keçən hissəsində suyun bəndi aşaraq yumaq təhlükəsi yoxdur. Ansaq sızma nəticəsində bənd yarıla bilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR