Bank Of Baku

Səhiyyə Nazirliyi Bakı, İsmayıllı, Qəbələ və Ağsudakı apteklərdə yoxlamalara başlayıb

Səhiyyə Nazirliyi Bakı, İsmayıllı, Qəbələ və Ağsudakı apteklərdə yoxlamalara başlayıb
# 02 iyun 2010 12:34 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi hazırda Bakının Binəqədi rayonunda fəaliyyət göstərən apteklərdə yoxlamalar aparır. Mərkəzin dərmanların keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, yoxlama yaxın günlərdə yekunlaşacaq. Onun sözlərinə görə, mərkəz İsmayıllı, Qəbələ, Ağsudakı apteklərdə də yoxlamalara başlayıb. Yoxlamalar iyunun sonunda yekunlaşacaq.
Pərviz Əzizbəyov deyib ki, bu ilin ilk rübü ərzində Bakıda, qərb və şimal rayonlarındakı apteklərdə reydlər keçirilib. Reyd nəticəsində 10 aptekin qanunsuz fəaliyyəti aşkarlanıb və onların fəaliyyəti dayandırılıb. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsinin 64.1 maddəsi əsasında qanunsuz fəaliyyət göstərdiyi üçün 7 apteklə bağlı protokollar tərtib edilib, yararlılıq sertifikatı olmayan 509 seriya dərman, istifadə müddəti bitmiş 125 qutu dərman preparatı müvafiq qaydada məhv edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR