Bank Of Baku

Səhiyyə Nazirliyi optika satışı ilə məşğul olan mağaza və apteklərdə yoxlamalar aparacaq

Səhiyyə Nazirliyi optika satışı ilə məşğul olan mağaza və apteklərdə yoxlamalar aparacaq
# 02 iyun 2010 13:04 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi optika satışı ilə məşğul olan mağaza və apteklərdə yoxlamalar aparacaq. Mərkəzin Dərmanların Keyfiyyətinə Nəzarət İnspeksiyasının rəisi Pərviz Əzizbəyov APA-ya bildirib ki, optika sahəsində pərakəndəliyin qarşısını almaq üçün tədbirlərin görülməsinə başlanılıb: “Eynəklərin, linzaların satışının Səhiyyə Nazirliyinin tələbləri əsasında təşkil edib-etmədiyini yoxlamaq üçün 155 aptekin optika şöbəsinə və 54 optika mağazasının fəaliyyətinə baxış keçirilib. Bu obyektlərin sahiblərinə xəbərdarlıq edilərək bildirilib ki, satılan optik eynəklərin hansı parametrləri, sənədləri olmalıdır. İkinci reydlərimizdə bu tələblər yoxlanılacaq”.

P. Əzizbəyov deyib ki, ikinci reyd iyunun sonuna qədər başlanacaq. Yoxlama zamanı eynək və linzalarla yanaşı, ümumilikdə apteklərdə satılan digər preparatlar da yoxlanacaq.

P. Əzizbəyov keyfiyyətli eynək almaq istəyən alıcının sertifikat tələb etməli olduğunu da nəzərə çatdırıb: “Keyfiyyətli eynəklərin sertifikatı olur. Gün eynəklərinin gigiyenik, optik eynəklərin Standartlaşdırma, Meteorologiya və Patent üzrə Dövlət Agentliyi tərəfindən verilmiş sertifikatı olur. Bu sertifikat olmadıqda eynəyin keyfiyyətinə şübhə yaranır. Ona görə də alıcı mütləq sertifikat tələb etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR