Bank Of Baku

Azərbaycandan Türkiyə, Misir, Rusiya və Ukraynada ali təhsil alanlar üçün təqaüdlər müəyyənləşdirilib

Azərbaycandan Türkiyə, Misir, Rusiya və Ukraynada ali təhsil alanlar üçün təqaüdlər müəyyənləşdirilib
# 02 iyun 2010 14:00 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə Nazirlər Kabinetindən məlumat verilib.

Nazirlər Kabinetinin qərarında bildirilir ki, müvafiq ikitərəfli müqavilələr əsasında dövlət xətti ilə Türkiyə və Misirin ali təhsil müəssisələrində Azərbaycandan bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə üçün 100 ABŞ dolları, doktorantlar üçün 200 ABŞ dolları, Rusiya və Ukraynanın ali təhsil müəssisələrində mütəxəssis hazırlığı, bakalavriat və magistratura səviyyələrində təhsil alan hər bir tələbə, eləcə də ordinatorlar üçün 150 ABŞ dolları, aspirantlar üçün 250 ABŞ dolları, doktorantlar üçün isə 300 ABŞ dolları ekvivalentində büdcə vəsaiti hesabına aylıq təqaüd müəyyən edilib.

Təqaüdlərin ödənilməsi ilə əlaqədar tələb olunan əlavə xərclər cari ilin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin «Təhsil» bölməsində Təhsil Nazirliyi üzrə nəzərdə tutulmuş vəsait dairəsində maliyyələşdiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR