Bank Of Baku

Azərbaycanın təhsil naziri: “Fəlakət zonasındakı 8 rayonun su basmış məktəblərinin 9-cu və 11-ci sinifləri üçün buraxılış imtahanları ləğv edilib”

Azərbaycanın təhsil naziri: “Fəlakət zonasındakı 8 rayonun su basmış məktəblərinin 9-cu və 11-ci sinifləri üçün buraxılış imtahanları ləğv edilib”
# 02 iyun 2010 15:02 (UTC +04:00)
APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, Misir Mərdanov müşavirədən sonra jurnalistlərə bildirib ki, müşavirədə hər rayonun təhsil şöbəsi müdirlərinin fikirləri dinlənildikdən sonra fəlakət zonasındakı 8 rayonun su basmış məktəblərinin 9-cu və 11-ci sinifləri üçün buraxılış imtahanlarının ləğv edilməsi barədə qərar qəbul olunub: “Attestat və şəhadətnamələrə isə illik yekun qiymətləri yazılacaq. Qalan məktəblərdə adi qaydada imtahanlar keçiriləcək. Bu bölgədə imtahanların keçirilməsinə daha diqqətlə yanaşılacaq, imtahanlara hazırlıq daha yüksək səviyyədə aparılacaq. Nəzarətçilərdən tələb edəcəyik ki, şagirdlərə qarşı humanist olsunlar, onların düşdüyü stress vəziyyəti nəzərə alsınlar ki, onlar bilik və bacarıqlarını nümayiş etdirə bilsinlər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR