Bank Of Baku

Bu gün Kür çayının səviyyəsində ən yüksək artım Yevlax məntəqəsində qeydə alınıb

Bu gün Kür çayının səviyyəsində ən yüksək artım Yevlax məntəqəsində qeydə alınıb
# 02 iyun 2010 15:06 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva - APA. Bu gün Kür çayının Yevlax məntəqəsində suyun səviyyəsi 5 sm artaraq 477 sm, su sərfi 965 kub/metr olub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, Kürün Qıraqkəsəmən məntəqəsində səviyyə 345 sm, su sərfi 425 kub metr təşkil edir, səviyyə 1 sm azalıb. Zərdab məntəqəsində isə səviyyə 805 sm, su sərfi 1250 kub metrdir, səviyyə dəyişməyib. Surra məntəqəsində səviyyə 889 sm, su sərfi 1560 kub/metr təşkil edir, səviyyə 1 sm artıb. Şirvan məntəqəsində səviyyə 770 sm olub, səviyyə 1 sm yüksəlib. Salyan məntəqəsində isə səviyyə 739 sm, su sərfi 1192 kub metr təşkil edir, səviyyə 1 sm azalıb. Bankə məntəqəsində səviyyə 430 sm-dir, səviyyə dəyişməyib.

Araz çayının Novruzlu məntəqəsində səviyyə 662 sm, su sərfi 616 kub metr təşkil edir, səviyyə 1 sm artıb.

Qanıx çayının Əyriçay məntəqəsində isə səviyyə 716 sm, su sərfi 211 kub/metr olub, səviyyə dəyişməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR