Bank Of Baku

Azərbaycanda şübhəli minalı ərazilərin aerotədqiqatlarının aparılması metodologiyası öyrənilir

Azərbaycanda şübhəli minalı ərazilərin aerotədqiqatlarının aparılması metodologiyası öyrənilir
# 24 noyabr 2010 09:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan mütəxəssisləri şübhəli minalı ərazilərin aerotədqiqatlarının aparılması metodologiyasını öyrənir. Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov məlumat verib. A. Aslanov bildirib ki, bu yaxınlarda ANAMA-nın nümayəndələri Bosniya və Hersoqovinada minalı ərazilərin aerotədqiqatının aparılmasına dair praktiki təlimlərə də qatılıb: “Azərbaycan əraziləri işğaldan azad olunduqdan sonra minalı ərazilərin tədqiqatının aparılması mümkündür. Belə ki, hazırda öyrənilən metodologiya mina ilə şübhəli ərazilərin qısaldılması baxımından da əhəmiyyətlidir”.

A. Aslanovun sözlərinə görə, yeni metodologiya dağlıq və meşə ərazilərində minalı sahələrin, səngər və bilindajların yerinin öyrənilməsi, buna əsasən tədqiqatların aparılması baxımından önəmlidir. Belə ki, helikopterlərdən ərazinin video və aerofotoçəkilişləri aparılır, termal kameralarla görüntülər əldə olunduqdan sonra bu məlumatlar xəritələr üzərinə qeyd edilir. Hazırda qeyd olunan metod Belçika Kral Universiteti, Xorvatiya Mina Əməliyyatları Mərkəzi (CROMAC), Sloveniya Beynəlxalq Sülh Fondu, Azərbaycan və Kolumbiya tərəfindən öyrənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR