Bank Of Baku

AMEA prezidenti Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyaya səfər edəcək

AMEA  prezidenti Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti İordaniyaya səfər edəcək
# 24 noyabr 2010 11:45 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Mahmud Kərimovun rəhbərlik etdiyi nümayəndə heyəti dekabr ayında İordaniyaya səfər edəcək. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyindən məlumat verilib.

Dekabrın 6-dan 9-dək davam edəcək səfər çərçivəsində AMEA prezidentinin İordaniyanın müvafiq rəsmi və elmi dairələrinin nümayəndələri ilə görüşləri planlaşdırılır. Görüşlərdə birgə əməkdaşlıq imkanlarına dair fikir mübadilələri aparılacaq. Həmçinin Azərbaycan nümayəndə heyəti İordaniyanın müxtəlif elmi-tədqiqat mərkəzlərinə tanışlıq məqsədi daşıyan səfərlər edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR