Bank Of Baku

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub - FOTOSESSİYA

AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub - <font color=red>FOTOSESSİYA</font>
# 24 noyabr 2010 12:34 (UTC +04:00)
Yubiley tədbirində Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev, Rusiyanın Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski, Türkiyənin Topqapı Sarayı Muzeyinin direktoru Yusif Benli də iştirak edib

Bakı. Ülkər Qasımova-APA. Bu gün AMEA Milli Azərbaycan Tarixi Muzeyinin yaradılmasının 90 illik yubileyi təntənəli şəkildə qeyd olunub. APA-nın məlumatına görə, iki gün davam edəcək yubiley tədbirində Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev, Rusiyanın Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski, Türkiyənin Topqapı Sarayı Muzeyinin direktoru Yusif Benli, Suriya Ərəb Respublikasının Milli Muzeyinin direktoru Hibe al-Saxl, Rusiyanın Dövlət Tarix Muzeyinin prezidenti Aelksandr Şkurko, Ukraynanın Milli Tarix Muzeyinin direktoru Sergey Çaykovskiy, Özbəkistan Milli Tarix Muzeyinin direktoru Jannat İsmayılova və digər qonaqlar iştirak ediblər. Yubiley tədbirində çıxış edən Milli Azərbaycan Tarix Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilk əvvəl qonaqları salamlayıb və muzeyin 90 illik tarixinə nəzər salıb: “Bizim muzeydə çox nadir eksponatlar qorunub-saxlanılır. Bu işdə isə sözsüz ki bizə dövlət tərəfindən xüsusi dəstək var. İki ildir ki, dövlət büdcəsindən Tarix Muzeyinə 2 milyon manat pul ayrılır və bu büdcə hesabına yüzlərlə eksponatlar bərpa olunub, yeniləri alınıb. Muzeyimizin 90 illik yubileyi ilə əlaqədar isə 20-dən artıq işçimiz fəxri adlarla təltif olunub”.

Rusiyanın Ermitaj Muzeyinin direktoru Mixail Piotrovski çıxışında Azərbaycanın Tarix Muzeyini təbrik edib və bildirib ki, muzey tarixin mühafizəçisidir, tarixsiz isə gələcək yoxdur. Yubiley tədbirində çıxış edən Hacı Zeynalabdin Tağıyevin nəticəsi Nazim Abdullayev qısamüddətli də olsa Azərbaycanda olmasından fəxr hissi keçirdiyini diqqətə çatdırıb və Bakının möhtəşəm şəhər olduğunu qeyd edib. O eləcə də, ulu babasının sayəsində var olan Tarix Muzeyinin 90 ilinin tamam olmasından şərəf duyğunu dilə gətirib. Türkiyənin Topqapı Sarayı Muzeyinin direktoru Yusif Benli isə Tarix Muzeyinin olduqca gözəl görünüşə malik olduğunu deyib.

Yubiley iştirakçılarına muzeyin 90 illik fəaliyyətini əks etdirən və yeni nəşr olunan kitab, kataloq və təqvim hədiyyə edilib. Qonaqlar isə öz növbəsində Azərbaycan Tarix Muzeyinin rəhbəri Nailə Vəlixanlıya öz hədiyyələrini təqdim ediblər.

Noyabrın 25-də də davam edəcək yubiley tədbirinin proqramına əsasən qonaqların İçəri Şəhər, Şirvanşahlar, Müasir İncəsənət Muzeyi, “Azərilmə” ilə tanışlıqları nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR