Bank Of Baku

Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib

Almaniyanın Azərbaycandakı səfiri Gəncəyə səfər edib
# 24 noyabr 2010 13:51 (UTC +04:00)
Gəncə. Ayxan Hüseynov - APA. Almaniyanın Azərbaycana yeni təyin edilmiş səfiri Herbert Kielle Gəncə şəhərinə səfər edib. APA-nın qərb bürosunun məlumatına görə, almaniyalı diplomat Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovla görüşüb. Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran səfir səfərinin tanışlıq xarakteri daşıdığını bildirib: “Mən bu regionu və onun inkişafını görmək istəyirəm. Biz İcra Hakimiyyətinin başçısı ilə görüşümüzdə Gəncənin və ətraf regionun inkişafından, alman kapitalının gələcəkdə bu inkişafa köməkliyindən, hansı layihələri birlikdə icra edə biləcəyimiz kimi məsələlərdən danışdıq”.

Herbert Kielle regiona səfəri çərçivəsində sabah Göygöl rayonuna səfər edəcəyini bildirib: “Siz bilirsiniz ki, Göygöldə vaxtilə çoxlu alman yaşayıb. Mən bu rayonla yaxından tanış olmaq istəyərdim. Siz bu şəhərin mövcud olması ilə fəxr edə bilərsiniz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR