Bank Of Baku

Qız Qalasının baxış meydançasında şüşə konstruksiyası quraşdırılıb

Qız Qalasının baxış meydançasında şüşə konstruksiyası quraşdırılıb
# 24 noyabr 2010 14:53 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib. Məlumata görə, kənardan görünməyən, eyni zamanda tarixi abidənin xarici görüşünə xələl gətirməyən konstruksiya 1,4 metr hündürlükdə olmaqla baxış meydançasının kənarları boyunca yerləşdirilib və ziyarətçilərə şəhərin mənzərəsini seyr etməyə heç bir maneə yaratmır. Konstruksiya dəyişkən hava şəraitinə, güclü küləyə davamlıdır və istənilən zaman abidəyə zərər gətirilmədən demontaj edilə bilər.
Şüşə konstruksiyanın quraşdırılmasında məqsəd 28 metr hündürlüyü olan abidənin baxış meydançasına qalxmış ziyarətçilərin təhlükəsizliyini təmin etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR